Mobil versiya
AMEA-nın Polimer Materialları İnstitutunun magistrantları üçün qış sessiyasının imtahanları başa çatıb - FOTOLAR
Tarix: 27-01-2022 | Saat: 15:48
Bölmə:Seçki 2024 | çapa göndər

AMEA-nın Polimer Materialları İnstitutunun magistrantları üçün qış sessiyasının imtahanları başa çatıb

27 yanvar 2022-ci il tarixində Polimer Materialları İnstitutunun “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan I kurs magisrtrantları “Yüksəkmolekullu birləşmələr kimyasının seçilmiş bəhsləri” fənnindən sonuncu imtahanlarını veriblər.

aia.az xəbər verir ki, imtahanı fənni tədris edən institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov götürüb. İnstitutun Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Almaz Çələbiyeva imtahanda iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən tərtib olunan qrafikə uyğun olaraq institutda 14 və 24 yanvar tarixlərində “Polimerlərin fiziki kimyası” və “Polimerlərin kimyəvi modifikasiyası” fənnləri üzrə imtahanlar keçirilib. İmtahanlar müvəffəqiyyətlə başa çatıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024