Mobil versiya
Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı
Tarix: 27-01-2022 | Saat: 11:24
Bölmə:Seçki 2024 | çapa göndər

Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı

Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.

Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024