AZ RU Mobil versiya
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 25-01-2022 | Saat: 14:01
Bölmə:Karusel / Ölkə | çapa göndər

Qar yağacaq, güclü külək əsəcək -

Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən 28-i səhədərək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu 2-6° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5349 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2022
26-05-2022