AZ RU Mobil versiya
Bakıda montajçı faciəvi şəkildə öldü
Tarix: 25-01-2022 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

Bakıda montajçı faciəvi şəkildə öldü

Yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüksək gərginlikli elektrik naqilinə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5107 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2022
26-05-2022