Mobil versiya
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Tarix: 24-01-2022 | Saat: 15:30
Bölmə:Ölkə | çapa göndər

Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Qia Bayramaşvilinin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi sübuta yetirilib.

Q.Bayramaşvili barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024