Mobil versiya
"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Tarix: 24-01-2022 | Saat: 11:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" -

"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxslərin ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".

aia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalidir. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025