AZ RU Mobil versiya
Hansı sahibkarlıq subyektlərində yoxlama olmayacaq? - Deputat açıqladı
Tarix: 22-01-2022 | Saat: 13:22
Bölmə:Karusel / Ölkə | çapa göndər

Hansı sahibkarlıq subyektlərində yoxlama olmayacaq? - Deputat açıqladı

Dünən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında sahibkarlar üçün vacib olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanununda dəyişiklik layihəsi birinci oxunuşda qəbul olunaraq Plenar İclasa tövsiyyə olunub. Dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Bu müddət 2022-ci il yanvarın 1-də başa çatmışdı.

Deputat Vüqar Bayramov qarşıdakı ildə hansı sahələrdə yoxlamaların aparılmayacağını açıqlayıb: "Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər".

Millət vəkili əlavə edib ki, qanunvericilikdə mühim məqamlardan biri də yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir.

"Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilir",-o vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

878 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022