AZ RU Mobil versiya
Həyat yoldaşına zorakılıq edənlər üç aylıq həbs ediləcəklər
Tarix: 21-01-2022 | Saat: 17:32
Bölmə:Manşet / Ölkə | çapa göndər

Həyat yoldaşına zorakılıq edənlər üç aylıq həbs ediləcəklər

Azərbaycanda məişət zəminində zorakılığa görə yeni cərimələr və cəzalar müəyyən edilir.

aia.az Trend-ə istinadən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəllənin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) edilən dəyişikliyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq edilir.

Hazırkı maddədə isə bu əməllərə görə yalnız yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

Digər dəyişikliyə əsasən isə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla üç ayadək inzibati həbs tətbiq edilir.

Hazırda isə bu əmələ görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022