AZ RU Mobil versiya
Region gəncləri 20 Yanvar qurbanlarının xatirəsini yad ediblər
Tarix: 20-01-2022 | Saat: 15:04
Bölmə:Cəmiyyət | çapa göndər

Region gəncləri 20 Yanvar qurbanlarının xatirəsini yad ediblər

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 32 il ötür. Bu qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, Azərbaycan gəncləri bu tarixi unutmur və faciə qurbanlarını hər il hüznlə anırlar.

Tariximizin ən faciəli, eyni zamanda xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Region gəncləri ilk olaraq şəhər və rayon mərkəzlərində yerləşən Şəhidlər Xiyabanı, “20 Yanvar” abidəsini ziyarət edib, şəhid barelyefləri və abidə önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.

Nümayəndəliklərdə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar həqiqətləri”, “20 Yanvar – Müstəqilliyə aparan yol” adlı dəyirmi masalar, faciə şahidləri və tarixçilərlə görüşlər təşkil edilib, “20 Yanvar” mövzusunda gənclərin əl işlərindən ibarət rəsmlər sərgilənib, gənclər arasında “Qanlı tarix”, “Tariximizin qəhrəmanlıq salnaməsi” adlı inşa müsabiqələri keçirilib. Mərkəzlərdə “Qanlı Yanvar”, “20 Yanvar – danışan talelər”, “Silahdaşlar”, “Dolu”, “1990-cı ilin 20 Yanvar qəhrəmanları” adlı filmlər nümayiş olunub.

Ötən əsrin 90-cı illərin əvvəllərinin Azərbaycan gəncliyi müstəqillik, vətənpərvərlik, Vətənə sonsuz sədaqət hissinin təməlini qoyaraq bu estafeti gələcək nəsilə – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində misilsiz zəfər çalmış gəncliyə ötürüblər. Bugünkü gənc nəsil 20 yanvar faciəsinin canlı şahidi olmasa da, hər il dövlət səviyyəsində qeyd edilən və nəsildən-nəslə ötürülən bu tarixi qan yaddaşımız gənc nəslin formalaşmasında, müstəqilliyin bir hədiyyə olmadığını, onun daim qorunmasının vacibliyini anlamaqda mühüm rol oynayıb. Bugünkü gənclər müasir geosiyasi proseslər fonunda milli maraqlarımıza qarşı yarana biləcək istənilən təhdidə qarşı hazırlıqlıdır və güclü siyasi liderin ətrafında birləşiblər.

AİA.Az
[xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8108 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022