Mobil versiya
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
Tarix: 28-09-2026 | Saat: 10:34
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda 3 günlük istirahət olacaq -

2026-cı ilin sonuna qədər qarşıda bir neçə qeyri-iş günü və ardıcıl istirahət günləri gözlənilir.

aia.az xəbər verir ki, oktyabr ayında beşgünlük iş rejimində çalışanlar ümumilikdə 9 gün, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 4 gün istirahət edəcəklər.

Noyabrda isə istirahət günlərinin sayı daha çox olacaq. Ay ərzində Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i və 9-u qeyri-iş günləridir, noyabrın 10-u da istirahət gününə düşür.

Bununla yanaşı, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanların ümumilikdə 11, altıgünlük iş həftəsi ilə işləyənlərin isə 7 istirahət günü olacaq.

Dekabr ayında beşgünlük iş rejimində çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün isə 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin gün də iş günü sayılmır.

Beləliklə, ilin son üç ayında iş rejimindən asılı olaraq qeyri-iş günlərinin sayı fərqli olacaq

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026