Mobil versiya
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Tarix: 28-09-2026 | Saat: 10:29
Bölmə:Ölkə | çapa göndər

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Subaru" markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.

aia.az xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026