AZ RU Mobil versiya
Salyan rayonunda 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tarix: 20-01-2022 | Saat: 14:44
Bölmə:Karusel / Ölkə | çapa göndər

Salyan rayonunda 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Salyan rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, N-saylı hərbi hissənin əsgərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi" ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını, Şəhidlər xiyabanını və “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad etmişlər. Anım mərasimində məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Anım mərasimindən sonra rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsinə baş çəkmiş, valideyinləri ilə görüşmüşdür. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AİA.Az
[xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11391 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022