Mobil versiya
Samux rayonunda “20 Yanvar” şəhidlərinin xatirəsi ehtiramla anıldı
Tarix: 20-01-2022 | Saat: 12:35
Bölmə:Ölkə | çapa göndər

Samux rayonunda “20 Yanvar” şəhidlərinin  xatirəsi ehtiramla anıldı

AİA.Az-ın məlumatına görə, Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Samuxda qeyd olunan hüzn günü tədbirinə minlərlə sakin qatılmışdı. Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 32 il ötür. Ümumxalq Hüzn Günü Samux rayonunda böyük izdihamla qeyd olundu.

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında əvvəlcə, YAP Samux rayon təşkilatının foyesində təşkil edilmiş “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisini ilə tanış oldular. Sonra tədbir iştirakçıları Samux şəhərindəki şəhidlər kompleksini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoydular.
Saat 12:00-da Samux şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi.

Samux Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024