Mobil versiya
"Azərsu"nun işçiləri adı ilə evə basqın etdilər
Tarix: 08-05-2016 | Saat: 16:56
Bölmə:Cəmiyyət | çapa göndər

"Azərsu"nun işçiləri adı ilə evə basqın etdilər






Lənkəran şəhərində basqın və soyğunçuluq hadisəsi baş verib.

Insident şəhərin Şah İsmayıl Xətai küçəsi, 54 ünvanında, Qurbanova Zəminə Zeynalabidin qızına məxsus evdə qeydə alınıb.

Hadisə baş verən sözügedən şəxsin gəlini, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayeva Ülviyyə Eyvad qızı evdə olub.

Əvvəlcə özünü "Azərsu" ASC-nin əməkdaşı kimi təqdim edən bir qadın evə yaxınlaşıb. O qapını açan Ü.Ağayevaya sudan istifadəyə görə borclarının olduğunu bildirib və ödəməsini xahiş edib. Ardınca qadın ondan içməyə su istəyib, Ü.Ağayevə su gətirməyə gedən zaman isə, arxadan onun boyun nayihəsinə küt alətlə zərbə endirib. Qadın huşunu itirsə də, baş verənləri eşidib. O yerə yıxıldıqdan sonra evə iki gənc oğlan da daxil olub. Əvvəlcə zərərçəkənin damarına tərkibi hələ ki, məlum olmayan maye yeridilib. Daha sonra isə evdə olan qızıl-zinət əşyaları oğurlanıb. Oğurlanan qızıl-zinət əşyaları sonradan həyətin hasarının yanından tapılıb.

Hadisə baş verən zaman qadın hamilə olub. Vəziyyəti ağırlaşan Ü.Ağayeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Qadından götürülən qan nümunəsi tərkibi araşdırılması üçün laboratoriya müayinəsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024