Mobil versiya
Eden Azar “Real”dan gedir?
Tarix: 17-01-2022 | Saat: 17:55
Bölmə:İdman | çapa göndər

Eden Azar “Real”dan gedir?

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Eden Azar karyerasını paytaxt klubunda davam etdirmək istəmir.

Belçikalı hücumçunun qış transfer pəncərəsində başqa kluba gedəcəyini gözləyir. “Real” Azarı saxlamaq fikrində deyil. Daha əvvəl Madrid klubunun Azarı “Çelsi”nin müdafiəçisi Ris Ceymsə dəyişə biləcəyi barədə məlumat verilmişdi.

Xatırladaq ki, Azar 2019-cu ildə Madridin “Real” klubuna keçib. Belçikalı hücumçu bu mövsüm La Liqada 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Azarın “Kral klubu” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

“Real Madrid” 21 matçda 49 xal toplayıb və 2021/2022-ci il mövsümündə turnir cədvəlində 1-ci yerdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024