Mobil versiya
"Qalatasaray"a yeni baş məşqçi təyin olunub
Tarix: 12-01-2022 | Saat: 09:19
Bölmə:İdman | çapa göndər

"Qalatasaray"a yeni baş məşqçi təyin olunub

Türkiyənin "Qalatasaray" futbol klubuna yeni baş məşqçi təyin olunub.

aia.az-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı İstanbul klubunun İdarə Heyətinin sədri Burak Elmas bildirib.

B.Elmas qeyd edib ki, komandanın yeni baş məşqçisi ispaniyalı mütəxəssis Domenek Torrent olacaq.

D.Torrent bu vəzifəyə istefaya göndərilən Fatih Terimin əvəzinə gələcək.

Qeyd edək ki, 59 yaşlı Domenek Torrent 2007-2018-ci illərdə "Barselona", "Bavariya" və "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olub.

Daha sonra o, Nyu-York Siti və Flamenqoda baş məşqçi vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024