Mobil versiya
Ölkə ərazisinə dərman vasitələrinin keçirilməsinin qarşısı alınıb
Tarix: 11-01-2022 | Saat: 14:18
Bölmə:Ölkə | çapa göndər

Ölkə ərazisinə dərman vasitələrinin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Mercedes-Benz” markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1 161 qutu və 1 294 konvolyut dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025