Mobil versiya
Fatih Terim İSTEFA VERDİ
Tarix: 10-01-2022 | Saat: 15:54
Bölmə:İdman | çapa göndər

Fatih Terim

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

aia.az-ın apasport.az-a istinadən məlumatına görə, təcrübəli mütəxəssis vəzifəsindən istefa verib.

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Terimlə görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024