Mobil versiya
Azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin monitorinqinin nəticələri açıqlandı
Tarix: 07-01-2022 | Saat: 15:26
Bölmə:Gündəm | çapa göndər

Azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin monitorinqinin nəticələri açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin monitorinqinin nəticələri açıqlanıb.

AİA.Az-ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfində həyata keçirilən mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirləri davam etdirilib.

Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib;

Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb;
864 mədəniyyət müəssisəsinə baxış keçirilib. Onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur;
Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025