Mobil versiya
Türkiyə, Azərbaycan və Gürcüstan arasında Üçtərəfli Komitənin yaradılması təsdiqləndi
Tarix: 07-01-2022 | Saat: 10:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Türkiyə, Azərbaycan və Gürcüstan arasında Üçtərəfli Komitənin yaradılması təsdiqləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə hökuməti, Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında gömrük məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında" protokolu təsdiqləyib.

AİA.Az bu barədə “Resmi Gazete”yə istinadən məlumat verir.

Tərəflər arasında bütün müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı Komitə və onun işçi qrupları çərçivəsində həyata keçirilir.

Komitə Tərəflər arasında gömrük məsələləri üzrə əməkdaşlığı əlaqələndirir, təşviq və inkişaf etdirir, eləcə də əsaəs əməkdaşlıq sahələrini və istiqamətlərini müəyyən edir

Xatırladaq ki, sənəd 2021-ci il oktyabrın 8-də imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025