Mobil versiya
Özünü Türkiyədə FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib
Tarix: 06-01-2022 | Saat: 11:17
Bölmə:Gündəm | çapa göndər

Özünü Türkiyədə FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib

Saxta polkovnik hərbi forması geyinərək özünü Fövqəladə Hallar və Müdafiə nazirliklərinin məsul şəxsi kimi təqdim etməklə dələduzluq etməkdə təqdim edən Rasim Əhmədli beynəlxalq axtarışa verilib.

1981-ci il təvəllüdlü Rasim İkram oğlu Əhmədli barəsində hüquq-mühafizə orqanlarında Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O cinayət işi üzrə istintaqa cəlb edilsə də, istintaqdan yayınıb. Nəticədə onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və R.Əhmədli beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, Rasim Əkbərli əvvəllər də bir neçə dəfə məhkum olunub. O özünü Fövqəladə Hallar və Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadıb, həmçinin I Qarabağ müharibəsinin qazisi adı ilə xaricdə yaşayan azərbaycanlı iş adamlarından pul alıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025