Mobil versiya
Salyanda ağır yol qəzası baş verdi
Tarix: 07-05-2016 | Saat: 21:26
Bölmə:Cəmiyyət | çapa göndər

Salyanda ağır yol qəzası baş verdi






Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qarabağlı kənd sakini, 56 yaşlı İmaməddin Habiloğlu Mustafayev idarə etdiyi “QAZel” mikroavtobusu ilə hərəkətdə olarkən VAZ-2109 markalı avtomobillə toqquşub. Nəticədə, mikroavtobusun sürücüsü, avtomobildə olan sərnişin, Salyan şəhər, İsa Quliyev küçəsi, bina 5, mənzil 19-da yaşayan, 55 yaşlı Xoşqədəm Məmməd qızı Əliyeva və onun nəvəsi, 1 yaşlı Nicat Əsgər oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra iki yaralı ambulator müalicəyə göndərilib, azyaşlının vəziyyəti ağır olduğundan travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024