Mobil versiya
Gömrükçü idmançımız dünya ikincisi oldu
Tarix: 29-12-2021 | Saat: 15:31
Bölmə:İdman | çapa göndər

Gömrükçü idmançımız dünya ikincisi oldu

Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin əməkdaşı ikinci yerə layiq görülüb.

Çempionatda dünyanın 20 ölkəsindən mindən çox idmançı iştirak edib. 85 kq çəki dərəcəsində döyüşlərə qatılan Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşad Şükürov əvvəl Qazaxıstan idmançısı üzərində qələbə qazanıb. Daha sonra Gürcüstan nümayəndəsi ilə döyüşdən də qalib ayrılan idmançımız finalda Ukrayna təmsilçisi ilə görüşüb. Çempionatın fəxri kürsüsünü 1 xal hesabı ilə itirən Elşad Şükürov gümüş medala layiq görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024