Mobil versiya
MTRŞ bu kabel şəbəkə yayımçılarına lisenziya verdi - SİYAHI
Tarix: 27-12-2021 | Saat: 15:47
Bölmə:Gündəm | çapa göndər

MTRŞ bu kabel şəbəkə yayımçılarına lisenziya verdi -

Milli Televiziya və Radio Şurası (MTRŞ) 5 kabel şəbəkə yayımçısına müddətsiz lisenziya verilməsi ilə bağlı qərar qəbul edib.

aia.az xəbər verir ki, dekabrın 27-də MTRŞ-nin onlayn formatda iclası keçirilib.

İclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025