Deputat: Bu gün Azərbaycanın səsi dünyanın güc və beyin mərkəzlərindən, mühüm platformalardan gəlir
Tarix: 24-12-2021 | Saat: 10:52
Bölmə:Gündəm | çapa göndər
Bu günlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı öz qədim tarixinə şanlı səhifələrini yazır. 44 günlük Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyan, regionun lider dövlətinə çevrilən Azərbaycanın səsi bu gün dünyanın güc və beyin mərkəzlərindən, qlobal qərarların verildiyi mühüm platformalardan gəlir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Deputat bildirib ki, öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan dövləti hazırda geniş quruculuq işlərinə, regionun siyasi-iqtisadi mənzərəsini dəyişəcək böyük layihələrə start verib: “Hamımız, bütün xalq inanır ki, uzun illər düşmən tapdağında qalan, öz oğullarının qanı bahasına azad edilən doğma Qarabağımız qısa müddətdə bərpa edilərək dünyaya Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini bir daha nümayiş etdirəcək. Ölkəmizin iqtisadi gücü günbəgün artır, Azərbaycan regionda mühüm siyasi-iqtisadi güc mərkəzinə, böyük dövlətlərin əlaqələndirici platformasına çevrilir. Yerləşdiyi coğrafiyanın düyün nöqtəsi olmaqla Azərbaycan Şərqlə Qərbi birləşdirə bilən nəqliyyat dəhlizlərinin, özündən min kilometrlərlə uzaqda olan dövlətlərin enerji təhlükəsizliyinin qarantına çevrilir. Bütün bunların həyata keçirilməsinin əsasında xalqımızın dəmir iradəsi, onun lideri – möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin dərin zəkası, uzaqgörən daxili və xarici siyasəti dayanır”.
Əminə Ağazadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, onun Müzəffər sərkərdəsinin, Qalib Azərbaycan əsgərinin rəşadətini bütün dünyaya sübut etdi: “Döyüş meydanlarında, siyasi arenalarda Azərbaycan Liderinin dəmir iradəsi, yenilməz rəşadəti düşmənə sarsıdıcı zərbə vurmağa imkan verdi. Bu gün həm də hamımız üçün, hər bir azərbaycanlı üçün əlamətdar bir gündür. Belə ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yubileyi, doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ona möhkəm can sağlığı, daşıdığı tarixi missiyada daha böyük uğurlar arzulayırıq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan!”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-02-2025