Mobil versiya
"Fənərbaxça" portuqaliyalı baş məşqçi ilə yollarını ayırıb
Tarix: 21-12-2021 | Saat: 14:44
Bölmə:İdman | çapa göndər

"Fənərbaxça" portuqaliyalı baş məşqçi ilə yollarını ayırıb

"Fənərbaxça" portuqaliyalı baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.

"Baş məşqçi Vitor Pereyra ilə müqaviləsinin ləğvi ilə bağlı razılıq əldə olundu və yollarımız ayrıldı. Ona indiyə qədər göstərdiyi səylərə və işlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq", məlumatda deyilir.

Qeyd edək ki, "Fənərbaxça" Pereyranın rəhbərliyi altında Super Liqada 17 matçda 4 heç-heçə, 5 məğlubiyyət və 8 qələbə qazanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024