Mobil versiya
Misirdə təşkil olunmuş Beynəlxalq Rəqs Festivalında Azərbaycan rəqqasları da iştirak ediblər
Tarix: 20-12-2021 | Saat: 17:14
Bölmə:İdman | çapa göndər

Misirdə təşkil olunmuş Beynəlxalq Rəqs Festivalında Azərbaycan rəqqasları da iştirak ediblər

22 Oktyabr 2021-ci il tarixdə Misirdə təşkil olunmuş Beynəlxalq Rəqs Festivalında Azərbaycan rəqqasları da iştirak ediblər. Ölkəmizi təmsil edən heyətin tərkibində “Arzum” rəqs qrupunun rəhbəri Arzu Əsədova da yer alıb. Qeyd edək ki, festivalın ən uğurlu ifalarından biri də məhz Arzu xanıma məxsus olub. Müsahibimiz Beynəlxalq Rəqs Festivalından aldığı xoş təəssüratlarını bizimlə bölüşüb. Arzu Əsədova bildirib ki, gələcəkdə daha böyük uğurlara nail olmaq üçün bundan sonra məşalərini daha yüksək əzmlə davam etdirəcək. Həmçinin Arzu Əsədova öz istedadını gənclərlə də bölüşmək və milli rəqslərimizi bütün dünyaya tanıtmaq üçün gənclərimizi “Qartal” Peşəkar İdman Klubu ilə birgə açılmış rəqs qruplarına məşqlərə dəvət edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024