Mobil versiya
“Universal Döyüş”çülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər
Tarix: 20-12-2021 | Saat: 09:52
Bölmə:Karusel / İdman | çapa göndər

“Universal Döyüş”çülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər

2021-ci il 8-12 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində Universal Döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilib. Yarışlar Universal Döyüş növünün “Layt”, “Klassik” və “Peşəkar” versiyaları üzrə təşkil olunub. Dünya çempionatında Universal Döyüş idman növü üzrə Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə 4 yaş qrupunda ölkəmizi təmsil edib. Azərbaycan Universal Döyüş Federasiyasından (UDF) aldığımız məlumatda deyilir ki, həvəskarlar arasında, “Layt” və “Klassik” versiyaları üzrə yığmamız toplamda 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazanıb. Peşəkarlar arasında keçirilən yarışlara isə iki idmançımız qatılaraq yüksək nəticə əldə ediblər. Belə ki, idmançılarımızdan biri qızıl, digəri isə gümüş medal qazanıblar.

Mətbuata verdiyi açıqlamasında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Əməkdar Məşqçi Azər Həsənov idmançılarımızın əldə etdiyi nəticələrdən razı qaldığını bildirib. Eyni zamanda da Federasiya prezidenti bu nəticələrin qətiyyən son hədd olmadığını vurğulayıb və gələcəkdə daha yüksək nailiyyətlərə imza atmaq üçün bundan sonra daha böyük əzmkarlıqla çalışacaqlarını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024