Mobil versiya
Bakıda irimiqyaslı söküntülər başladı
Tarix: 07-05-2016 | Saat: 11:04
Bölmə:Karusel | çapa göndər

Bakıda irimiqyaslı söküntülər başladı








Paytaxtın "Sovetski" adlanan məhəlləsində son günlərdə söküntü işi sürətləndirilib. Eyni zamanda burada əmlak hüququnun pozulması halları da intensivləşib.

Sakinlər bildirir ki, bu ərazidə söküntüsü nəzərdə tutulan 3500 yaşayış və kommersiya obyektlərindən çoxu sökülüb.

Sökülməyən bir sıra mənzil və obyektlərin kommunal xətlərinin fəaliyyəti heç bir əsas olmadan dayandırılıb. Bu qərar söküntü məsələsinə məsul olan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, onun birinci müavini Səməd İslamov, ərazilər üzrə Mənzil Kommunal İstismarı Sahələri (MKİS ) rəhbərləri, Maliyyə Nazirliyinin işçilərindən ibarət heyətin söküntü zonası ilə tanışlığı zamanı verilib.

Bununla yanaşı, bəzi mənzillərin istinad divarlarının və ya dam örtüyünün qəsdən dağıdılması kimi faktlara da rast gəlinir.

Sakinlər qarşılaşdığı problemlərlə bağlı dəfələrlə yerli icra hakimiyyətinə, Söküntü Komissiyasına və digər məsul şəxslərə müraciət etsələr də, hər hansı bir tədbir görülməyib.

Aia.Az bildirir ki, söküntü ərazilərində müşahidələr aparan İnsan Hüquqları İnstitutundan bizimyol-a daxil olan məlumata görə, "Sovetski" məhəlləsi ilə yanaşı, bu məhəlləyə qonşu ərazidə olan, Bakı şəhərinin "40 pilləkan" kimi tanınan ərazisində də söküntü işlərinə başlanılıb: "Ərazi mərkəz ərazi olub, Bakı Şəhəri İcra Hakimiyyəti, Nazirlər Kabineti, Prezident Administrasiyası kimi strateji əhəmiyyətli yerdə yerləşir. Sözügedən yerin torpaq quruluşu sürüşməyə meyllidir, bu səbəbdən də hazırda həmin yerdə əsasən 1-3 mərtəbəli mənzillər yerləşir. Lakin hazırda sökülməsi planlanan ərazidə hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmuşdur. Hazırda vətəndaşların köçürülməsi prosesi gedir, ərazidə yaşayan sakinlərə kompensasiya təklifindən başqa, həm də binaların inşasına qədər kirayə haqqı ödənilməsi (ödəniş ərazidə tikinti işlərini aparacaq özəl şirkət tərəfindən ediləcək), daha sonra tikinti işləri başa çatdıqdan sonra yeni mənzillərlə təmin olunması təklif olunur.
Bakının Qaraçuxur qəsəbəsində Əhməd Mehbalıyev küçəsi, 34 və 36 ünvanında yerləşən bir və iki mərtəbəli istismar müddətini başa vurmuş evlərin söküntüsü də nəzərdə tutulur. "40 pilləkan" ərazisində vətəndaşlara irəli sürülən təkliflər Qaraçuxur qəsəbəsi sakinlərinə də verilib".

Qeyd edək ki, "40 pilləkan" adlanan ərazidə və Qaraçuxur qəsəbəsində söküntü işləri Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarına əsasən aparılır. Qərara görə, Bakı şəhərinin bir sıra rayonları - Qaradağ, Suraxanı, Səbail, Yasamal və digərləri ərazisində yerləşən, yararlığı olmayan və istismar müddətini başa vurmuş tikililərin sökülməsi, yerində yolların çəkilməsi, istirahət və yaşıllıq zolaqlarının salınması, yeni tikililərin tikintisi nəzərdə tutulur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə