Mobil versiya
Novruz Aslanov seçiciləri ilə görüşüb
Tarix: 17-12-2021 | Saat: 09:16
Bölmə:Gündəm | çapa göndər

Novruz Aslanov seçiciləri ilə görüşüb

Dekabr ayının 16-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib. İsmayıllı şəhərindəki ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Əsasən sosial yönümlü məsələlər barədə deputata müraciətlər edilib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub.Digər məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. Qəbula 40-a yaxın seçici gəlmişdi.

Məlumat üçün bildirək ki, Novruz Aslanov iş qrafikinə uyğun olaraq yay aylarında hava şəraitinin əlverişli olduğundan əsasən İsmayıllı rayonunun kəndlərində səyyar qəbullar keçirir. Bura ucqar dağ kəndləri də daxildir. Bu günə kimi deputat 40-dan çox kənddə belə görüşlər keçirib. Payız və qış aylarında İsmayıllı şəhərində yerləşən ofisində belə qəbullar davam etdirilir. Sərt karantin dövründə isə qəbullar onlayn formatda keçirilib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024