Mobil versiya
Hava limanında Maradonanın heykəli ucaldıldı
Tarix: 16-12-2021 | Saat: 13:18
Bölmə:İdman | çapa göndər

Hava limanında Maradonanın heykəli ucaldıldı

Buenos-Ayresın əsas beynəlxalq hava limanında Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın yeni heykəli qoyulub.

AİA.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin hava limanlarını idarə edən "Aeropuertos Argentina 2000" mətbuat yayıb.

"AA2000 Ezeiza Beynəlxalq Hava Limanında" Maradonanın 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı obrazını əks etdirən 10 nömrəli heykəlin açılışı olub", - deyə məlumatda deyilir.

AA2000-nin sahibi Eduardo Ernekian şəxsən Maradonaya onun heykəlini ucaltmağı təklif edib, mərhum oyunçu isə Ezeiza hava limanında olmasını istəyib.


Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981 - 1982 və 1995 - 1997-ci illərdə "Boka Xuniors"da çıxış edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024