Mobil versiya
Çavuşoğludan İstanbul-Yerevan reysi ilə bağlı açıqlama
Tarix: 16-12-2021 | Saat: 12:29
Bölmə:Gündəm | çapa göndər

Çavuşoğludan İstanbul-Yerevan reysi ilə bağlı açıqlama

Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

"Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək", - deyə o bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024