Mobil versiya
Şarl Mişelin bəyanatı Azərbaycanın yaratdığı yeni reallıqların qəbul olunduğunun göstəricisidir - Deputat
Tarix: 15-12-2021 | Saat: 13:54
Bölmə:Gündəm | çapa göndər

Şarl Mişelin bəyanatı Azərbaycanın yaratdığı yeni reallıqların qəbul olunduğunun göstəricisidir - Deputat

Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisidir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Aİ Şurasının Prezidenti öz bəyanatında münaqişənin bitdiyinə işarə edib: “Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu bəyanat Azərbaycanın mövqeyinə tam uyğundur və o anlama gəlir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Bu bəyanat eyni zamanda Ermənistana bir mesajdır ki, artıq Ermənistan öz revanşist iddialarından ələ çəkməli və təxribatlara yol verməməlidir.

Bəyanatda eyni zamanda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına, 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edilir, Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunur və digər mühüm məqamlar öz əksini tapır. Bəyanatda əksini tapan bütün məqamlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu bəyanat Azərbaycanın, cənab Prezident İlham Əliyevin növbəsi diplomatik uğurudur”, - deyə A.Həsənova vurğulayıb.

A.Həsənova vurğulayıb ki, bu bəyanat Ermənistanın bundan sonrakı mərhələdə təxribatlara əl atmaq və indiyə qədər imzalanmış sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq imkanlarından məhrum edir:

“Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur. Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər müxtəlif bəhanələrlə 10 noyabr bəyanatını yerinə yetirməkdən yayınsa da artıq onun qarşısında belə bir imkan qalmır. Ermənistan anlamalıdır ki, əldə olunmuş razılıqlardan yayınmaq ölkə üçün yaxşı heç nə vəd etmir”, - deyə deputat qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024