Mobil versiya
Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar
Tarix: 14-12-2021 | Saat: 17:52
Bölmə:Ölkə | çapa göndər

Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar

Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı K.Süleymanova qol nahiyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024