Ana Sayfa > Ölkə > Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar
Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar14-12-2021, 17:52. Yazar: sevinc1 |
![]() Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı K.Süleymanova qol nahiyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırmalara başlanılıb. aia.az Geri dön |