Mobil versiya
“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi
Tarix: 14-12-2021 | Saat: 17:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

aia.az-ın məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024