Mobil versiya
Göygöldə "Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz" mövzusunda konfrans keçirilib
Tarix: 11-12-2021 | Saat: 12:06
Bölmə:Gündəm | çapa göndər

Göygöldə "Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz" mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı "Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz" mövzusunda videoformatda elmi-praktik konfrans keçirib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq qeyd edib ki, hər il dekabrın 12-də xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir: “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopub, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyub. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suverenliyi qoruyub saxlamaq missiyası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək, onun ən parlaq səhifələrinə çevrilib”.

T.Əliyevin sözlərinə görə, xalqımızın bu dahi oğlunun bütün fəaliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkənin iqtisadi inkişafı və sosial-mədəni yüksəlişi yolu ilə sıx bağlı olub: “Milli lider və bəşəri şəxsiyyət meyarlarını fəaliyyətində üzvi şəkildə qovuşdurmuş nadir siyasətçilərdən olan Heydər Əliyevin adı ümumdünya tarixinə rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan yaradıcı siyasətçi kimi yazılıb”.
Sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi Aygün Həsənova, YAP Göygöl rayon təşkilatının Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova, təşkilatın Göygöl rayon Üçtəpə kənd bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri Rza Məmmədov qeyd ediblər ki, müstəqilliyimizin 1993–2003-cü illəri əhatə edən on ili ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti bir çox mühüm problemin öhdəsindən uğurla gəlib. Çıxışçılar bildiriblər ki, dünyada azərbaycanlılar var olduqca Ulu Öndər Heydər Əliyev və Onun ideyaları yaşayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024