Mobil versiya
Hakimi təhqir edən "Neftçi"nin məşqçisi cəzalandırıldı
Tarix: 10-12-2021 | Saat: 18:40
Bölmə:İdman | çapa göndər

Hakimi təhqir edən "Neftçi"nin məşqçisi cəzalandırıldı

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatı matçlarında biabırçılıqlar davam edir.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarları bir çox rüsvayçılığı ortaya çıxarıb.

Futzal üzrə İkinci Liqanın "Atletiko Baku" - "Baku Fire-3" oyununda birincilərin baş məşqçisi Zaur Səmədov texniki zonadan qovulduqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

U-16 Liqasının "Zirə" - "Neftçi" İK İB görüşü bitdikdən sonra isə "Neftçi"nin çalışdırıcısı Şahin Şahhüseynli məşqçiliyə yaraşmayan davranışla diqqət mərkəzinə düşüb. O, referilərin ünvanına təhqir yağdırdığı üçün onun barəsində də eyni cəza tətbiq olunub.

Həmkarlarından geri qalmayan U-11 Liqasında çıxış edən UGİM-in (Xaçmaz) məşqçisi Tural Cəlilov "Metak"la qarşılaşmada hakimi söydüyündən, 3 oyunluq cəzalandırılıb.

Qalmaqallı hadisə Region Liqasından yenə yan ötməyib. "Göyəzən" - "Qoşqar" UGİM-2 (Gəncə) oyununda ev sahiblərinin futbolçusu Anar İmamquliyev hakimi təhqir etməsi səbəbindən komandasının qarşıdakı 4 matçını buraxacaq.

Futzal üzrə Yüksək Liqanın "Alyans" FK - "Neftçi" İK oyununda "Neftçi"nin oyunçusu Adil İsmayılov, Birinci Liqanın "Dəstə Ordubad" - "Alyans Qrup" görüşündə isə "Dəstə Ordubad"ın üzvü Nəriman Dadaşov komanda yoldaşını təhqir edib. Bu, hər iki futzalçının 3 oyunluq diskvalifikasiyasına səbəb olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024