Mobil versiya
Ümummilli lider Heydər Əliyevin şəxiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq - FOTOLAR
Tarix: 09-12-2021 | Saat: 13:15
Bölmə:Gündəm | çapa göndər

Ümummilli lider Heydər Əliyevin şəxiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq



9 dekabr 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “Ümummilli lider Heydər Əliyevin şəxiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq” mövzusunda onlayn konfrans keçirildi.

Konfransı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu diqqətə çatdıran Gündüz Bayramov Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndərin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirməsindən, müasir Azərbaycan dövlətinin qurmasından və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasından danışdı.

Video-konfransda çıxış edən fəal YAP üzvləri Şəlalə Tağıyeva, Elmir Qurbanov, Aidə Namazova, Dilarə Əsgərova və Zərifə Məmmədova Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışaraq Ümummilli Liderin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyünün, bitib-tükənməyən irsinin daha dərindən dərk olunduğunu, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşdiyini bildirdilər. Video-konfransda vurğulandı ki, Müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024