Mobil versiya
“Universal Döyüş”çülərimiz dünya çempionatında
Tarix: 09-12-2021 | Saat: 09:39
Bölmə:İdman | çapa göndər

“Universal Döyüş”çülərimiz dünya çempionatında

Artıq xəbər verildiyi kimi, 2021-ci il 8-12 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində Universal Döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilir. Bu barədə Azərbaycan Universal Döyüş Federasiyasından (UDF) aldığımız məlumatda deyilir ki, dünən çempionatın mandat komissiyasının işi, idmançıların çəki dərəcələrinə görə təsnifatlandırılması və püşkatma mərasimi başa çatıb. Bu gündən isə artıq yarışlara start veriləcək. Qeyd edək ki, bu mötəbər yarışda Universal Döyüş idman növü üzrə Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə ölkəmizi təmsil edir.

Bütün idmançılarımıza uğurlar diləyirik və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız anı səbirsizliklə gözləyirik!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024