Mobil versiya
“Qarabağ”ın Bazel sınağı – 1/8 final, yoxsa pley-off?
Tarix: 09-12-2021 | Saat: 08:44
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın Bazel sınağı – 1/8 final, yoxsa pley-off?

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda son matçına çıxacaq.

H qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İsveçrədə "Bazel"in qonağı olacaq. İlk iki yerdən birini təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün mübarizə aparacaq.

Bunun üçün "Qarabağ" mütləq qalib gəlməlidir. Bu, komandamızı birbaşa 1/8 finala daşıyacaq. Xal itkisi ağdamlıları qrup ikincisi edəcək. Əgər Qurbanovun komandası qalib gələ bilməsə, mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, Bazeldəki "Sent Yakobs Park"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr
00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bazel. "Sent Yakobs Park"

1

Bazel

5

3

2

0

11-6

11

2

Qarabağ

5

3

2

0

10-5

11

3

Omoniya

5

0

3

2

5-10

3

4

Kayrat

5

0

1

4

6-11

1




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024