Mobil versiya
“Mançester Siti”nin tarixinə düşdü
Tarix: 08-12-2021 | Saat: 12:36
Bölmə:İdman | çapa göndər

“Mançester Siti”nin tarixinə düşdü

"Mançester Siti"də noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı seçilib.

27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.

Ardıcıl 3-cü dəfə bu ada layiq görülən oyunçu "Mançester Siti"nin tarixinə düşüb. Buna qədər heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024