Mobil versiya
Deputat: Prezident İlham Əliyevin Qubada Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana ünvanlanmış açıq mesajdır
Tarix: 08-12-2021 | Saat: 08:32
Bölmə:Gündəm | çapa göndər

Deputat: Prezident İlham Əliyevin Qubada Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana ünvanlanmış açıq mesajdır

Bu gün müharibə artıq geridə qalıb və Cənubi Qafqazda reallıqlar tamamilə dəyişib. Ermənistan tərəfinin əl atdığı bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan bütün ikitərəfli və çoxtərəfli görüşlərdə sülhə hazır olduğunu bəyan etməklə sülh sazişinin imzalanmasının vaxtı çatdığını bildirir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

O qeyd edib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bütün bəndlərinin icrası vacibdir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Çünki bu, Ermənistanın hazırkı acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Bu öhdəliklərin yerinə yetirilməsi həm də bölgədə uzunmüddətli sülhün bərqərar olmasına şərait yaradacaq.

Deputat bildirib ki, Prezident İlham Əliyevin dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində Qonaqkənd qəsəbəsinin sakinləri işə görüşündə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana ünvanlanmış açıq mesajdır. Ermənistandakı revanşist qüvvələr aranı qarışdırmaq əvəzinə, reallığı dərk etməli və Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən nəticə çıxarmalıdırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024