Mobil versiya
Cavid Qurbanov: "Bankrot ola bilərik"
Tarix: 06-05-2016 | Saat: 13:28
Bölmə:Gündəm | çapa göndər




Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında 18 faiz əlavə dəyər vergisinin (ƏDV) bir sıra məhsullardan azad olunmasını təklif edib.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik ƏDV-ni tətbiq etmək düzgün deyil: "Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır. Məsələn, biz dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu məhsullar bizdə yoxdur. Sosial məsələ baxımdan biz biletlərin qiymətini qaldırmaq istəmirik. Amma gömrük rüsumları, 18 faizlik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər. Orada baza göstərilməlidir ki, lazım olanda ƏDV ləğv olunsun".

Millət vəkili Vahid Əhmədov da 18 faizlik ƏDV-nin əleyhinə çıxıb: "ƏDV-nin 18 faiz olması Azərbycan iqtisadiyyatına çox böyük ziyan vurur. Elə məhsullar var ki, onlara ƏDV-nin 18 faiz tətbiq edilməsi yüksəkdir. Azərbaycan üçün lazım olan qida və digər məsələlərdə differensiallaşdırmış ƏDV tətbiq olunmalıdır. Bu sıfır, ya da bir-iki faiz olmalıdır"

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024