Robert Levandovski: “Messi dürüst olsun”
Tarix: 07-12-2021 | Saat: 16:05
Bölmə:İdman | çapa göndər
"Qızıl top" gecəsi xoşbəxt olduğumu deyə bilmərəm, məyusluq keçirmişdim. Çünki qazanmağa çox yaxın idim".
AİA.Az apasport.az-a istinadla bildirir ki, bunu "Bavariya"nın hücumçusu Robert Levandovski "Qızıl top" mükafatının PSJ-nin oyunçusu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.
Polşa millisinin üzvü argentinalı superulduzla yarışmağın onu sevindirdiyini bildirib. O, Leonun mükafatlandırma mərasimində "Levandovski bu titula layiq idi" fikrinə də reaksiya verib: "Messinin oyun tərzinə və qazandıqlarına hörmətlə yanaşıram. "Qızıl top" uğrunda onunla yarışmağım bir futbolçu kimi hansı səviyyədə olduğumu göstərir. Mükafatlandırma zamanı Messinin haqqımda dediklərinin boş sözlər deyil, dürüst olmasını istəyirəm".
Qeyd edək ki, Lionel Messi karyerasında 7-ci dəfə "Qızıl top"u qazanaraq öz rekordunu yeniləyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024