Mobil versiya
Gimnastımız Polşada birinci oldu
Tarix: 07-12-2021 | Saat: 13:51
Bölmə:İdman | çapa göndər

Gimnastımız Polşada birinci oldu

4-5 dekabr tarixlərində Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə "Barborka Cup 2021" adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil edib.

Gənclər yaş qrupunda iştirak edən Nazəninin çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün 1-ci pilləsində qərarlaşıb.

Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6 və 9-cu yerlərdə qərarlaşıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024