Mobil versiya
İranda daha 77 nəfər koronavirusdan ölüb
Tarix: 06-12-2021 | Saat: 15:23
Bölmə:Gündəm | çapa göndər

İranda daha 77 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 3 356 nəfər koronavirusa (COVID-19) yoluxub, 77 nəfər ölüb.

aia.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 277 nəfərə,

yoluxanların sayı isə 6 137 821 nəfərə çatıb. Virus daşıyıcılarından 3 232 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 930 502 nəfər koronavirusdan sağalıb, 39,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 108 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,39 milyon təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə