Mobil versiya
Ermənilər Çin və İsraildən silah ALMAQ İSTƏYİRLƏR
Tarix: 06-05-2016 | Saat: 11:46
Bölmə:Seçilənlər-5 | çapa göndər



"Rusiya bizə silah və hərbi texnika satır, amma elə həmin satışlar vasitəsilə Ermənistanı kölə, qul vəziyyətdə saxlayır. Ermənistanın indiki rəhbərliyi bütünlüklə Moskvadan asılıdır".

İrəvandakı "Haykakan Jamanak" qəzetinin yazdığına görə, Ermənistan prezidenti Serj Sarkisyanın kriminal-oliqarxik iqtidarı ölkə iqtisadiyyatını çökdürdüyündən İrəvan ölkənin müdafiə qabiliyyətini və ordunun döyüş potensialını lazımi səviyyədə saxlaya bilmir. Bu səbəbdən də Rusiyanın ayırdığı 200 milyon dollarlıq krediti bütünlüklə elə Rusiyanın özündən silah və hərbi texnika almağa xərcləyən Ermənistan indi alternativ yollar arayır, Moskvadan asılılıq səviyyəsini azaltmağa çalışır.

Ermənənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyana Çin və İsraildən silahla hərbi texnikanın alınmasının mümkünlük variantlarını araşdırmağı tapşırıb.

İsrailin Ermənistana hərbi texnika satmağa meylli olmadığı vurğulanır. Çin də tələsmir.
Dünən S.Ohanyana verilən tapşırıqlardan xəbər tutan rəsmi Moskva ermənilərin belə davranışlarının "yolverilməz"liyi ilə bağlı İrəvana xəbərdarlıq da edib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024