Mariana Vasileva gənclər və idman nazirinin müavini kimi görəcəyi işləri açıqlayıb
Tarix: 06-12-2021 | Saat: 10:21
Bölmə:Gündəm | çapa göndər
Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva təyinatı barədə açıqlama verib.
Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib.
O, dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimada görə təşəkkürünü bildirib.
M.Vasileva Azərbaycana xidmət etməkdən və ölkədə idmanın inkişafı üçün çalışmaqdan qürur duyduğunu vurğulayıb: "Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam!"
Qeyd edək ki, Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunub. O, yeni vəzifədə İsmayıl İsmayılovu əvəzləyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025
03-02-2025