Mobil versiya
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi
Tarix: 04-12-2021 | Saat: 13:26
Bölmə:Gündəm | çapa göndər

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi

Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın xaricdə müalicə almasına maddi dəstəyin göstərilməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının dam örtüyünün təmir olunması, şəhidimizin əziz xatirəsinə həsr olunan kitabın dərc olunmasına maddi yardımın edilməsi, orta məktəbə şəhidin adının verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq probleminin aradan qaldırılması və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə